Azərbaycan Beynəlxalq Universiteti
2005-ci ildə
Azərbaycan Beynəlxalq Universitetinin tibb fakültəsini fərqlənmə diplomu ilə bitirib.
Azərbaycan Tibb Universiteti
2008 – 2011
Azərbaycan Tibb Universitetində ağız və üz-çənə cərrahiyyəsi şöbəsində aspirantura təhsili.
Üz-çənə nahiyyəsi
2011-ci ildə
“Üz-çənə nahiyyəsinin travmatik zədələnmələri zamanı regionar limfatrop terapiyanın patogenetik əsaslandırılması” mövzusunda tibb üzrə fəlsəfə doktoru dissertasiyasını başa çatdırmış
Elmi dərəcə
2012-ci ildə
Müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışam.
Azərbaycan Tibb Universiteti
2012 – 2018
Azərbaycan Tibb Universitetinin ağız və üz-çənə cərrahiyyəsi kafedrasının baş laborantı vəzifəsində çalışmışam.
Doktorluq dissertasiyası
2016-cı ildən
“Şəkərli diabet xəstələrində parodont toxumasının cərrahi əməliyyatlarının ağırlaşmalarının profilaktikasında limfatrop fitoterapiyanın klinik-eksperimental əsaslandırılması” mövzusunda doktorluq dissertasiyası üzərində çalışıram.
ATU
2018-ci ildə
ATU-nun rektorunun əmri ilə ağız və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti təyin edilmişəm və hazırda o vəzifədə çalışıram.
14 illik kliniki təcrübə, 11 illik elmi araşdırmalar, dissertasiyanın mövzusuna dair 20 elmi iş nəşr etdirmişəm.
Amsterdam 2018-də Europerio 9-da e-poster olaraq təqdim olunan “Diabet xəstəliyi olan pasiyentlərdə rekonstruktiv cərrahiyyə (sinus qaldırma) üsulunun müəllifiyəm.
Üzvlük :
• Azərbaycan Ağız və Üz-çənə cərrahlarının cəmiyyəti
• Azərbaycan Periodontologiya Cəmiyyəti
• Avropa Periodontologiya Federasiyası
• Osteointeqrasiya Akademiyası