Sinus lifting keçmişdə qalır…

Ana səhifə

Ağız və üz-çənə nahiyyəsində ən çox görülən rekonstruktiv əməliyyatlardan biri də sinus qaldırmaqdır. Statistikaya görə, ənq sümüyündə molarlarının qismən və ya tam olmaması (18 yaşdan yuxarı xəstələrdə) təqribən 20% -ni təşkil edir və əng sümüyünün distal nahiyyəsində diş implantasiyası hallarında yarıdan çoxu Haymor boşlğunun dibinin qaldırılması üçün ilkin manipulyasiya tələb edir.

Sinus dibinin qaldırma əməliyyatının standart üsulu 3 əsas mərhələdən ibarətdir:

1. Sümük pəncərəsinin açılması.

2. Schneider membranını qaldırılması.

3. Sümük materialı ilə auqmentasiya.

Şəkil 1. – əməliyyatdan əvvəl.

Maksilyar sinusun alt hissəsi sarı rənglə işarələnmişdir. Fotodan da göründüyü kimi, sinus qaldırma əməliyyatı olmadan implant yerləşdirmə üçün sümük hündürlüyü kifayət deyil.

Şəkil 2. – əməliyyatdan sonra.

Sarı rənglə maksilyar sinusun dibinin qaldırıldığı hündürlüyü göstərir.

Bu üsulun mənfi cəhətlərindən biri: hiperesteziya və hematomdakı ağrı; dəri rənginin dəyişməsi, üz asimmetriyası, absesin inkişafı kimi fəsadlara yol aça bilən interstisiyadakı qanaxmadır, və buna görə əməliyyatdan sonrakı dövr daha uzun və çətindir. Bütün bunlara baxmayaraq, bu üsul tez-tez yerinə yetirilən əməliyyatlardan biri idi.

Yüksək ixtisaslı cərrahi əməliyyatların aparılması, texnologiyaların və üsulların inkişafı sayəsində, sinus dibinin qaldırılmasına müraciət etmədən tam bir dişləm quruluşunu sabit bir konstruksiya ilə bərpa etmək mümkün olur.