“Zirvələri fəth etməyi sevirəm.” Dr. Fidan Əliyeva

Ana səhifə

Gəlin, tanış olaq. Özüm haqqında qısa məlumat verim sizə. Mən Fidan Əliyeva, həkim-ortodont. 

Həyatda ən dəyər verdiyim şeylər ailə və dostluqdur. Səyahət etməyi, öyrənməyi, özümü daim inkişaf etdirməyi çox sevirəm. 

Empatiyam çox güclüdür, bu, mənə insanları daha yaxşı başa düşməyə və onlarla dil tapmağa imkan verir. İnsanları həvəsləndirməyi və motivasiya etməyi sevirəm. Bu xüsusiyyətlərim pasiyentlərimlə hər zaman ümumi dil tapmağa kömək edir. 

Ortodontiya stomatologiyanın ən sevdiyim sahəsidir. Yaxşı ortodont olmaq üçün dünyaca ən müasir metodları öyrənib, son yeniliklərlə ayaqlaşmağa çalışıram. Bunun üçün dünyada ortodontiya üzrə ən yaxşı mütəxəssislərdən dərs almışam. Onlardan biri koreyalı professor Dr.Jeong-IL Lim olub. 

Hal-hazırda ortodontiyada əhəmiyyətli olan Tom Pitts protokolunu mükəmməl öyrənmək üçün xarici kurslar keçirəm. Azərbaycan Peşəkar Ortodontlar Cəmiyyətinin üzvüyəm.

Hobbilərim arasında dağa dırmanma (hiking) və xizək sürmə ən sevdiklərimdir. Hər dəfə dağa dırmandığım zaman öz gücümün fərqinə varıram və başa düşürəm ki, heç bir çətinlik qorxulu deyil. Xizək sürdüyüm zaman sanki dağların enerjisi mənim olur. Çox enerjili biri olduğumdan və insanlarla bu enerjini bölüşməyi sevdiyimdən bu hiss mənə çox kömək edir.