Dental implantasiya əməliyyatının mütləq əks göstərişlərin arasında bu yaxınlarda keçirilmiş miokard infarktı və serebrovaskulyar qəza, qapaq protezi əməliyyatı, immunosupressiya, qanaxma problemləri, bədxassəli şişlərin aktiv müalicəsi, dərman istifadəsi, psixiatrik xəstəliklər və venadaxili bifosfonat istifadəsi yer alır.
Sizdə xroniki xəstəlik var, lakin onu bu siyahıda tapa bilmirsinizsə o demək deyil ki sizi əməliyyata hazırlamağa ehtiyac yoxdur. Hər pasiyenti individual olaraq manipulasiyaya hazırlamaq uğurun 30 faizi deməkdir.
İlk öncə onu qeyd edək ki beta talassemiya gen daşıyıcılığı ana və ya atadan uşağa irsən ötürülür. Əslində talassemiya daşıyıcıları praktik sağlam şəxslərdir, amma təbii ki bu halında öz incəlikləri var. manipulasiyadan öncə qan göstəriciləri dəyərləndirilir və hematoloq ilə birlikdə pasiyent bir neçə ay ərzində əməliyyata hazırlanır.
Bu pasiyentdə öncədən retensiyalı ağıl dişləri çekilmişdir.