Sağlam dişlər – sağlam nəsil!

Ana səhifə

Belə bir şuar altında 2020-ci ilin əvvəlində şəhərimizin məktəblərinin birində ingilis dilində maarifləndirici, interaktiv və maraqlı dərs keçdik. Uşaqlara ağız boşluğu haqqında ümumi məlumat verdik, zərərli və xeyrli qidaları müzakirə etdik, dişlərimizi nə vaxt və necə fırçalamaq lazımdır izah etdik. Çox sevindirici hal o du ki, uşaqlar aktiv və hər mövzudan xəbərdardılar. Bu məsələdə təbii ki ailənin və məktəbin rolu böyükdür. Biz isə həkim olaraq maarifləndirmə işlərini hər gün aparmağa hazırıq və aparırıq. Sonda təbii ki hədiyyəsiz olmaz deyib, hamıya diş fırçası, diş sapı və 1 ədəd ağız boşluğunu müayinə etmək üçün güzgü verdik. Kim bilir bəlkə uşaqlardan biri gələcəkdə diş həkimi olmaq qərarını həmin gün verdi?!