Bilirəm ki, iş və ev arasında hər gün qaça-qaçda olan qadınlar üçün bu mövzu çox tanışdır. 😁
Hər axşam səhərin ideal planını qurmaqla deyil ki.😁 Həmin gün bizi hansı sürprizlərin gözləyəcəmizi bilmirik. Elə bu günlərdə ideal planladığım bir günün necə keçdiyini sizinlə paylaşmaq istəyirəm.😁
Deməli, səhər oyanmışam, böyük oğlumu məktəbə yola salmalıyam. Sonra işə getməliyəm, daha sonra isə iş görüşüm olmalıdır və nəhayət günün sonunda pilatesə getməliyəm.😍
Amma sürprizlər elə axşam başladı.😁 Dayəmiz yazdı ki, heç cür bu gün gələ bilməyəcək. Yaxşı ki, həmin gün cərrahi əməliyyatım yox idi. 😱 Balacaya baxmaq üçün işimi və görüşümü təxirə salmalı oldum. Onu və ortancıl oğlumu götürüb getdim anamgilə. Onların evi pilates mərkəzinə yaxın olduğu üçün düşündüm ki, heç olmasa ordan vaxt udub, nəhayət dərsə gedərəm.
Ancaq nə olursa olsun, xeyirliyə olur. Buna ürəkdən inanıram və belə də oldu. Bu ideal olmayan gün çoxdan arzuladığım bir günü mənə yaşatdı. 🥲 Çoxdandır ortancıl oğlumla baş-başa vaxt keçirə bilmirdim. Onunla kitab 📚oxumaq, kafedə bir şeylər yemək üçün çox darıxmışdım və nəhayət ana-bala bunu edə bildik.😍
Pilatesin başlamağına artıq az vaxt qalırdı və bu dərsə çox ehtiyacım var idi. Çünki pilates sözün əsl mənasında mənə stress atmağa, enerjimi bərpa etməyə və bir növ yenilənməyə kömək edir. Ancaq uşaqları tək qoya bilməzdim. Bu dəfə köməyi yoldaşımdan istədim, uşaqlara baxması üçün ondan xahiş elədim və o da sağ olsun mənə dəstək oldu. 🙏 Günümü sevdiyim dərslə bitirə bildim.
Bu da mənim bir günüm.😊
Bunu yazmaqla demək istəyirəm ki, tərsliklər həmişə olub və olacaq. Əsas odur ki, baş verən hadisələri qəbul edib, onlara münasibətimizi dəyişə bilək. Bu, bizə istənilən vəziyyətdən çıxmağa kömək edəcək.