Şəkərli diabet olan pasiyentlərdə dental implantasiya.

Ana səhifə

Şəkərli diabet xəstələri diş əti xəstəliklərindən daha çox əziyyət çəkirlər. İrəliləmiş diş əti xəstəliyi diş ətlərinin dişlərdən çəkilməsinə və sümüklərin zəifləməsinə səbəb olur. Diş əti xəstəliyi müalicə olunana və qorunana gədər implantlar tövsiyə edilməz.

Diabet bədənin təbii sağalma mexanizmlərini zədələyir. Şəkərli diabet olan xəstələrdə əməliyyat sonrası sağalma müddəti daha uzun olur. Potensial problemlər və ağırlaşmalar diabet xəstələrini dental implantasiyadan məhrum etmir. Prosedur üçün yaxşı bir namizəd olub olmadığınızı biz müəyyən edəcəyik. Qiymətləndirmə zamanınəzərə alacağımız amillər aşağıdakılardır:\

Diabetin tipi. 2ci tip diabet ən çox yayılmış diabet növüdür. 1 tip diabetlə müqayisədə müalicə və nəzarət etmək daha asandır. Buna görə 2 tip diabeti olan xəstələr ümumiyyətlə 1 tip diabetli xəstələrə nisbətən implantlara daha yaxşı namizəd hesab olunurlar.

Xəstəlik tarixi. Xüsusilə keçmiş əməliyyatlara diqqət yetirərək tibbi tarixinizi nəzərə alacağıq. Keçmişdə edilən əməliyyatlardan uğurla sağalmısınızsa, daha yaxşı bir namizədsiniz.

Diabetin Müddəti. Diyabetin sizə nə qədər təsir etdiyini və simptomların nə qədər nəzarət altında olduğunu nəzərə alacağıq. Uzun bir xəstəlik keçmişi olan və simptomlarını idarə etməkdə çətinlik çekən bir diabet xəstəsi üçün diş əməliyyatını tövsiyə etməkdən çəkinə bilərik.

Diabet xəstələri üçün müjdə!

 Yaxşı xəbər budur ki, şəkərli diabetin olması diş implantı etməkdən məhrum etmir. Tədqiqatlar diabet xəstələrində diş implantlarının müvəffəqiyyət nisbətinin 90 faizdən çox olduğunu göstərir. Bizimlə konsultasiya diş implantları ilə gözəl və sağlam bir təbəssüm əldə etmək üçün ilk addımdır. Şəkərli diabet xəstələri üçün risk faktorlarını bilirik və bunun qarşısını necə alacağını başa düşmək, davamlı nəticələrlə uğurlu müalicəni təmin edəcəkdir.