“Həkimlik – peşəm və həyat mövqeyim.” Dr. Günel Əliyeva

Ana səhifə

Gəlin, tanış olaq.☺️ Mən Günel Əliyeva, cərrah-stomatoloq.

Özümü qısa şəkildə təqdim etsəm deyərdim ki, həyat pozisiyası həkimlik üzərində qurulan qadın. Peşəmi çox sevirəm və yaxşı həkim olmaq üçün davamlı üzərimdə işləyirəm.  

Həkim olmağı uşaqlıqdan arzulayırdım. Bunun üçün məktəbdə və universitetdə özümdən həmişə ən yaxşı nəticələri gözləmişəm və öz üzərimdə çox çalışmışam. Tibb universitetini fərqlənmə diplomu ilə bitirmişəm.

Perfeksionist olmağım əldə etdiyim bu uğurlarla yetinməyə imkan vermədi.😁Öz sahəmdə daha böyük işlər görməyə can atırdım. Bunun üçün diş implantasiyasında vacib olan bir metod işləyib, hazırladım. Müəllifi olduğum bu metod 👉 “Praktik diş implantasiyasında atrofiyaya uğramış silsilə hündürlüyünün təyini” adlanır. 

Hal hazırda aşağıdakı qurumların üzvüyəm:

  • Azərbaycan Ağız və Üz-Çənə Cərrahları Cəmiyyəti
  • Azərbaycan və Avropa Periodontologiya Federasiyası
  • International Team of Implantology

Hobbilərimə gəlincə, deyərdim ki, kitablar ən böyük sevgimdir. Bir günüm belə kitab oxumadan keçmir. Xüsusilə də detektiv əsərləri sevirəm. Çünki onlarda baş verənlərin səbəblərini axtarmağı sevirəm, eynilə cərrahiyədə olduğu kimi.