Biz bir ailəyik!

Sizi özümüzə yaxın bilirik – ona görə də hər yaşda olan xəstələrlə ünsiyyət təcrübəmiz var! Konsultasiya zamanı özünüzü rahat və sərbəst hiss etməyiniz üçün əlimizdən qələni edəcəyik . Müalicənizlə bağlı hər hansı bir sualınız varsa, heç bir tərəddüd etmədən bizə müraciət edə bilərsiniz. Sizə yardım etmək və uzun illər davamlı sağlam təbəssüm bəxş etmək üçün buradayıq.


İnnovasiya və tədqiqat – bizim vəzifəmiz mütəmadi olaraq iş üçün yeni və təkmilləşdirilmiş yollar axtarmaqdır. Müalicə protokoluna əməl edirik və eyni zamanda beynəlxalq konqreslərdə qəbul edilmiş tədqiqatlar əsasında yenilərini də hazırlayırıq!

Texnologiya – inteqrasiya olunmuş ən yeni tibbi diaqnostika və müalicə texnologiyaları var. Bu, sizə daha yaxşı cavablar verməyə və daha yaxşı müalicə etmək qabiliyyətimizə kömək edir.

Yüksək səviyyəli sterilizasiya sahəsi! – Tanışlıq zamanı biz sterilizasiya imkanlarımızı təqdim edirik və ciddi təmizlik qaydalarımızı məmnuniyyətlə nümayiş etdiririk.

Əsas üstünlüklərimiz – ağız və üz-çənə cərrahiyyəsi üzrə ən müasir ixtisaslaşmış yardım göstərməyimizdir.

Xülasə

Dr. Elmar Əliyev

Azərbaycan Beynəlxalq Universiteti

2005-ci ildə

Azərbaycan Beynəlxalq Universitetinin tibb fakültəsini fərqlənmə diplomu ilə bitirib.

Azərbaycan Tibb Universiteti

2008 – 2011

Azərbaycan Tibb Universitetində ağız və üz-çənə cərrahiyyəsi şöbəsində aspirantura təhsili.

Üz-çənə nahiyyəsi

2011-ci ildə

“Üz-çənə nahiyyəsinin travmatik zədələnmələri zamanı regionar limfatrop terapiyanın patogenetik əsaslandırılması” mövzusunda tibb üzrə fəlsəfə doktoru dissertasiyasını başa çatdırmış

Elmi dərəcə

2012-ci ildə

Müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışam.

Azərbaycan Tibb Universiteti

2012 – 2018

Azərbaycan Tibb Universitetinin ağız və üz-çənə cərrahiyyəsi kafedrasının baş laborantı vəzifəsində çalışmışam.

Doktorluq dissertasiyası

2016-cı ildən

“Şəkərli diabet xəstələrində parodont toxumasının cərrahi əməliyyatlarının ağırlaşmalarının profilaktikasında limfatrop fitoterapiyanın klinik-eksperimental əsaslandırılması” mövzusunda doktorluq dissertasiyası üzərində çalışıram.

ATU

2018-ci ildə

ATU-nun rektorunun əmri ilə ağız və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti təyin edilmişəm və hazırda o vəzifədə çalışıram.

14 illik kliniki təcrübə, 11 illik elmi araşdırmalar, dissertasiyanın mövzusuna dair 20 elmi iş nəşr etdirmişəm.

Amsterdam 2018-də Europerio 9-da e-poster olaraq təqdim olunan “Diabet xəstəliyi olan pasiyentlərdə rekonstruktiv cərrahiyyə (sinus qaldırma) üsulunun müəllifiyəm.

Üzvlük :
• Azərbaycan Ağız və Üz-çənə cərrahlarının cəmiyyəti
• Azərbaycan Periodontologiya Cəmiyyəti
• Avropa Periodontologiya Federasiyası
• Osteointeqrasiya Akademiyası

Dr. Əliyeva Günel

Azərbaycan Tibb Universiteti

2010-cu ildə

Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib.

Azərbaycan Tibb Universiteti

2010 – 2011

Azərbaycan Tibb Universiteti nəznində olan Diş Klinikasında Ağız və Üz-çənə cərrahiyyəsi şöbəsində internatura.

“Ağız boşluğunun selikli qişa xə¬stəlikləri” kursu

2017-ci ildə

Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirilməsi İnstitutunda “Ağız boşluğunun selikli qişa xə¬stəlikləri” kursunu keçmişdir

“Ağız və üz-çənə cərrahiyyəsi” kursu

2018-ci ildə

Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirilməsi İnstitutunda “Ağız və üz-çənə cərrahiyyəsi” kursunu keçmişdir

Europerio9-da iştirak

2018-ci ildə

Europerio9-da iştirak etdi və elektron poster olaraq " Atrofiya olmuş çənə darağının hündürlüyünün diş implantasiyası öncə müəyyən edilməsi " adlı şəxsi üsulunu təqdim etdi.

5 ildən çox Ağız və Üz-çənə cərrahiyyəsi sahəsində çalışır. “Atrofiya olmuş çənə darağının hündürlüyünün diş implantasiyası öncə müəyyən edilməsi” adlı şəxsi üsulumun müəllifi.

Üzvlük :
• Azərbaycan ağız və üz-çənə cərrahiyyələri cəmiyyəti
• Azərbaycan Periodontologiya Cəmiyyəti
• Avropa Periodontologiya Federasiyası

Sual-Cavab (FAQ)

CBCT nədir?

CBCT (Cone Beam Compused Tomography) açıq formatlı skanerdir. Rentgen şua mənbəyinin konusvari forması ilə xarakterizə olunur, bu vacibdir, çünki tək bir dövrəyə ixəstənin skanerdə olma vaxtını minimuma endirərək istədiyiniz sahə barədə lazımi məlumatları əldə edirsiniz. Bu tip skanerin əsas üstünlükləri aşağıdakılardır: – Aşağı radiasiya dozası: 75 CBCT seansı bir şərti CT müayinəsinə bərabər olduğu üçün radiasiya dozası çox aşağıdır. – Dərhal diaqnoz: İcra müddəti çox qısa, təxminən iki dəqiqə. – Açıq skaner: Klaustrofobiya hallarının qarşısını alır.

Qəbula necə düşə bilərəm?

Görüş təyin etmək üçün bizə +994504216622 nömrəli telefona zəng vurun və ya aşağıdakı elektron poçtla bir məktub göndərə bilərsiniz: info@eg-med.com. Telefonla görüş təyin etmək qərarına gəldiyiniz zaman, veriləcək suallara hazır olun: – Tibbi tarixçəniz və məlumatlarınız (diaqnoz, yanaşı xəstəliklər) – Ziyarətlər / görüşlər üçün təxmini uyğun tarixlər – Sizinlə necə əlaqə saxlayaq?

Konsultasiyaya gələndə özümlə nə götürməliyəm?

Bizimlə ilk görüşümüzdə aşağıdakı məlumatları verməyiniz tövsiyyə olunur: – Bütün müvafiq tibbi informasiya sənədləri – Şəxsiyyət vəsiqəniz – Əvvəlki aylarda edilən hər hansı tibbi müayinələriniz (analiz, rentgenoloji) varsa 18 yaşınadək bütün xəstələrin valideynləri və ya qəyyumları ilə birlikdə olması tövsiyə olunur

İlk ziyarətim zamanı rentgen müayinə və ya digər testlər olacaqmı?

Xəstəmizi dəqiq bir diaqnozla təmin etmək və fərdi yanaşma həyata keçirmək üçün rentgenoloji müayinə və testlər vacibdir. Bizimlə görüşdən əvvəl son 6 ayda CBCT və ya OPG rentgen kimi bir görüntüləmə işiniz varsa, xahiş edirik onları özünüzlə gətirin.

Randevu alın

Qalereya

Bloq

DISH.AZ

Dəyərli izləyicilər, biz iki stomatoloq həkim, iki ana və iki yaxın dost Günel Əliyeva və Fidan…

Sağlam dişlər – sağlam nəsil!

Belə bir şuar altında 2020-ci ilin əvvəlində şəhərimizin məktəblərinin birində ingilis dilində maarifləndirici, interaktiv və maraqlı…

“İşlə şəxsi həyat arasındakı balansı saxlamaq çətindir. Öhdəsindən necə gəlirəm?” Dr.Günel Əliyeva

Hər axşam səhərin ideal planını qurmaqla deyil ki.😁 Həmin gün bizi hansı sürprizlərin gözləyəcəmizi bilmirik. Elə…

“Zirvələri fəth etməyi sevirəm.” Dr. Fidan Əliyeva

Gəlin, tanış olaq. Özüm haqqında qısa məlumat verim sizə. Mən Fidan Əliyeva, həkim-ortodont.  Həyatda ən dəyər verdiyim…

“Həkimlik – peşəm və həyat mövqeyim.” Dr. Günel Əliyeva

Gəlin, tanış olaq.☺️ Mən Günel Əliyeva, cərrah-stomatoloq. Özümü qısa şəkildə təqdim etsəm deyərdim ki, həyat pozisiyası…

Talasemiya gen daşıyıcısı olan pasiyentə dental implantasiya!

Dental implantasiya əməliyyatının mütləq əks göstərişlərin arasında bu yaxınlarda keçirilmiş miokard infarktı və serebrovaskulyar qəza, qapaq…

Həkimin qəbulunda olan zaman – xəyalən harda olmaq istərdiz?

Texnologiya gündən günə inkişaf edir. Biz isə texnologiyaları tibbə integrasiya edib pasiyentlərin özlərini daha da rahat…

Sinus lifting keçmişdə qalır…

Ağız və üz-çənə nahiyyəsində ən çox görülən rekonstruktiv əməliyyatlardan biri də sinus qaldırmaqdır. Statistikaya görə, ənq…

Şəkərli diabet olan pasiyentlərdə dental implantasiya.

Şəkərli diabet xəstələri diş əti xəstəliklərindən daha çox əziyyət çəkirlər. İrəliləmiş diş əti xəstəliyi diş ətlərinin…

Əlaqə

info@eg-med.com E-poçt

Azərbaycan. Bakı. Sabit Rəhman 28 küç.

Ünvan